Dünyanın ikinci və üçüncü ən böyük xam neft istehsalçıları olan Səudiyyə Ərəbistanı və Rusiyanın gələn aya qədər hasilatı azaltmaq qərarları neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 2 sent bahalaşaraq 85,16 ABŞ dolları olub.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 9 sent artaraq 81,64 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova