Azərbaycanda bu ilin ilk 9 ayında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən 18 hadisə baş verib.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, qəzalar nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 15-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.