"Sertifikatlaşdırma prosesində  6513 müəllim mənfi nəticə göstərib".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticələrinə həsr olunan mətbuat konfransında çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, təkmilləşdirməyə ehtiyacı olan 8881 müəllimə ikinci şans veriləcək:

"Bu il sertifikatlaşdırılma prosesində Bakı, Sumqayıt və Abşeron yarımadası iştirak edib. Ötən il isə proses Xızı, Quba, Qusar, Siyəzən, Dəvəçi, Gəncə və Daşkəsən bölgəsi üzrə həyata keçirilmişdi. Statistik göstəriciyə görə, yüksək nəticə göstərmiş müəllimlərin sayı təxminən 10 faiz,  qənaətbəxş nəticə göstərənlərin sayı 55 faiz təşkil edib. Təkmilləşdirməyə ehtiyacı olanların sayı isə 35 faiz civarındadır. 17 faiz müəllim daha yüksək nəticə göstərib. Bu müəllimlərin idarəetməyə  cəlb olunması mümkün ola bilər". 

2023-cü il üzrə ibtidai sinif müəllimlərin sertifikatlaşdırılmasının nəticələri:

 


Gülşən Şərif