Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti xüsusi təyinatlı nəqliyyat vasitələri alır.

İqtisadiyyat.az xəbər verir ki, Xidmət bununla bağlı tender elan edib.

Tenderdə alınması nəzərdə tutulan xüsusi təyinatlı nəqliyyat vasitələri aşağıdakılardır:

6 ədəd yol süpürən maşın, 3 ədəd yük maşını, 5 ədəd qar kürüyən, süpürən və qum səpən maşın və 4 ədəd traktor bekaloder (ekskavator).

Dövlət Xidməti sözügedən nəqliyyat vasitələrinin alışının 3 061 510 manata başa gələcəyini ehtimal edir.