İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Razi Musəvi İsrailin hücumu nəticəsində Suriyada ölüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Musəvi İsrail silahlı qüvvələrinin Dəməşqin ətrafına zərbələr endirməsi zamanı ölümcül yaralanıb. Lakin onu xilas etmək mümkün olmayıb.

Bundan əvvəl "Şam FM" radiostansiyası Suriya paytaxtının ətrafındakı Seyidə Zeynəb bölgəsində partlayış baş verdiyini bildirmişdi.