Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Şəmkir rayonunda birgə reyd keçirib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-də Sabirkənd kənd sakini Y.Sadıqovanın yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan yaxın qohumu E.Sadıqova məxsus öldükdən bir müddət sonra kəsilmiş 210 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.