Şamaxı rayonunda bədbəxt hadisə baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sündü kəndində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Bələdov İslam Tapdıq oğlu idarə etdiyi "MTC-80" markalı 37-T-250 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna minmək istəyərkən qoşqunun sağ ön təkərinin altında qalaraq ölüb.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.