“Mən məktəbdaxili qiymətləndirmələrin azaldılmasının tərəfdarıyam. Fikrimcə, bu məsələ ictimaiyyətdə müzakirə olunmalıdır”.

Bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət əsas götürülməlidir:

“Şagirdin qiymətini yazmaq baxımından qiymətləndirmə keçirməyə ehtiyac yoxdur. Əsas şagirdin bacarıqlarının düzgün qiymətləndirilməsi lazımdır. Əvvəlcə, şagirdin dərs yükünü azaltmaq lazımdır”.

“Məktəbdaxili qiymətləndirmə ilə bağlı köklü və əsaslı müzakirələr aparılmalıdır”, - deyə nazir əlavə edib.