Bakı şəhərinin Sabunçu rayonunda mənzildə yanğın olub.

İqtisadiyyat.az xəbər verir ki, ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxində 1 ədəd soyuducu və mətbəx mebeli 1 p.m yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.