DİN-in mətbuat xidmətinin regional qrupundan İqtisadiyyat.az-a bildirilib ki, iyulun 31-də saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - ekiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub. 

Araşdırma aparılır.