Sabirabadda yol qəzası zamanı iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərdən biri yanıb . Hadisə nəticəsində 2 nəfər hələk olub, 3 nəfər isə xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunu Nərimankənd kəndi ərazisindən keçən hissəsində baş verib. Sabirabad rayon Nərimankənd kənd sakini Emin Abdullayevin idarə etdiyi "Vaz 2107" markalı minik maşını və Saatlı rayon Orta Muğan kənd sakini Ramazan Muxtasanovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin gücündən "Vaz 2107" markalı avtomobil yanmağa başlayıb, suçusu Emin Abdullayev və sərnişin Nərimankənd kənd sakini, Elşad Rzayev hadisə yerində ölüblər. "Mercedes" markalı avtomobilin sürücüsü və sərnişinlər Saatlı rayon Orta Muğan kənd sakinləri, Sarıyev Nəbi Elnur oğlu, Cəfərov Rauf Famil oğlu müxtəlif dərəcəli xəsarətlə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Yaralılardan iki nəfərin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb. Hadisə yerinə Sabirabad rayon yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanan avtomobil söndürülüb. Faktla bağlı BDYPİ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.