Sabirabadda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.

Rayonun statistika idarəsindən bildiriblər ki, əkinə vaxtında və mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 19 min 713 hektar sahəyə toxum səpiblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Səpin aparılan sahələrin 122 hektarını dənli-paxlalı bitkilər, 2 min 964 hektarını yonca, 1389 hektarını kartof, 2 min 861 hektarını tərəvəz, 699 hektarını qarğıdalı, 14 hektarını günəbaxan, 3 min 453 hektarını isə bostan bitkiləri təşkil edir. Əkinçilər, həmçinin 8 min 211 hektar sahədə pambıq əkini də aparıblar.