Sabiq deputat, iş adamı Əsabil Qasımovun oğlu hakim qarşısına çıxır.

İqtisadiyyat.az Ölkə.Az-a istinadən xəbər verir ki, Taleh Qasımov Əsabil oğlu “Optilan Azərbaycan” MMC ilə bağlı məhkəməyə müraciət edib. 

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - icarə müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Əsabil Qasımov Milli Məclisin  IV çağırış deputatı olub.

“Optilan Azərbaycan” MMC isə 2016-cı ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Jason Keith-dir.