Rusiyada VSK sığorta evi və Sravni maliyyə bazarı Yeni il ərəfəsində rusları stressdə saxlayan səbəblərlə bağlı birgə araşdırma aparıb.

Belə ki, çıxan nəticələrə əsasən bildirilib ki, yeni il tətili zamanı ruslar arasında yaşanan stressin əsas səbəbi maliyyə problemləridir .

İqtisadiyyat.az xəbər verir ki, 1200 nəfər arasında keçirilən sorğuda müvafiq əsaslandırma respondentlərin 56 faizi tərəfindən verilib. 20 faizdən çox sayda adam işlərinin gərginliyindən, 17 faizi adam isə maliyyə durumlarının ağır olduğu ərəfədə qohumlarla xoşagəlməz görüşlərdən stress keçirdiklərini deyiblər. Onu da əlavə edək ki, Rusiya şirkətlərinin 70 faizi Yeni il ərəfəsində korporativ tədbirlərdən də imtina etməyə başlayıb.

Xatırladaq ki, COVİD-19 pandemiyasından əvvəl bir çox ölkədə Yeni il bayramı daha təmtəraqlı şəkildə qeyd olunurdu. Avropada Yeni ilin ən bahalı süfrəsi Çexiyada qurulurdu. Təqribi hesablamalara görə,ailə başına ortalama  527 dollar Çexiyada, 511 dollar İrlandiyada, 500 dollar Böyük Britaniyada xərclənirdi.

Avropanın ən zəngin ölkələrindən olan Almaniyada isə bayram süfrəsinə və hədiyyələrə cəmi 286 dollar pul çıxırdı.

Ruslar isə azərbaycanlılarla nisbətdə 20 dollar artıq, qazaxlar isə ruslardan bir qədər çox, almanlardan isə cəmi 15 dollar az vəsait sərf edirdilər.