Rusiyanın oktyabrda neft ixracından gəliri sentyabr ayı ilə müqayisədə 25 milyon dollar azalaraq 18,34 milyard dollara enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.

Təşkilat belə dinamikanı bir sıra amillərlə, o cümlədən dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqələndirib. Bundan əlavə, vəziyyətə ABŞ Maliyyə Nazirliyinin Rusiya neftini daşıyan iki tankerin qarşısını almaq üçün tətbiq etdiyi sanksiyalar təsir edib.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, oktyabrda ölkənin nefti olan "Ural"ın orta qiyməti 81,52 dollar, sentyabrda isə 83,08 dollar olub.

 

Gözəl Həşimova