Admiral Aleksandr Moiseyev Rusiya Hərbi Dəniz Donanmasının (HHD) yeni baş komandanı təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, vitse-admiral Konstantin Kabantsov Şimal Donanmasının, vitse-admiral Sergey Pinçuk isə Qara Dəniz Donanmasının komandanı təyin edilib.