Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu barədə sərəncamı Baş nazir Mixail Mişustin imzalayıb. Qərar daxili bazarda yanacağın qiymətinin sabitləşdirilməsi üçün qəbul edilib.

 

Gözəl Həşimova