Bu səhər Moskva yaxınlığında güclü yanğının baş verdiyi "Mega Ximki" Rusiyada fəaliyyət göstərən və Ingka Centers-ə məxsus olan nəhəng ticarət mərkəzləri şəbəkəsinə məxsusdur. Ümumilikdə ölkədə Mega-ya məxsus 14 ticarət mərkəzi var. "Mega Ximki" də onlardan biridir. Ticarət mərkəzində bir hipermarket, 190 geyim mağazası, kinoteatr, gözəllik salonları, restoranlar və buz meydançası fəaliyyət göstərir. 

Şirkətin sahibini dəqiqləşdirmək məqsədi ilə rəsmi sayta nəzər saldıq və bizə məlum oldu ki, ticarət mərkəzinin aid olduğu "Ingka Centers Rus Operation MMC" hüquqi şəxs kimi fəaliyyət göstərir. Bu şirkət 12 oktyabr 2015-ci ildə yaradılıb. Sahibi Niderlandın Ingka Holding Europ B.v şirkətidir. Şirkətin rəhbəri isə Sofiya Trofimovadır.

Qeyd edək ki, sosial şəbəkələrdə ticarət mərkəzinin azərbaycanlılara aid olması ilə bağlı iddia yayılıb.