Ötən il Rusiyada təbii fəlakətlərin sayı 2022-ci illə müqayisədə 22% artıb.

Bu barədə İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir.

Ötən il ekspertlər 1191 təhlükəli hidrometeoroloji hadisə qeydə alıblarsa, 2022-ci ildə onların sayı 976 olub.2021-ci ildə 1205 hidrometeoroloji hadisə qeydə alınıb.

Məlumata görə, 2023-cü ilin göstəricisi son 16 ildə ikinci ən yüksək göstərici olub. Zərərlərin böyük hissəsi sel, leysan yağışları və güclü külək nəticəsində baş verib.

 

Gözəl Həşimova