Rusiyada bu ilin yanvar-avqust ayları ərzində orta aylıq əmək haqqı 70,3 min rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Golikova Müstəqil Həmkarlar İttifaqları Federasiyasının Baş Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Rusiyada işsizlik səviyyəsi tarixi minimum səviyyəyə - 3%-ə enib.

 

Gözəl Həşimova