"Rusiya Ermənistanla Azərbaycana sülh ilə bağlı öz dəstəyini verməyə hazırdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Qaluzinin sözlərinə görə, Rusiya tərəfi mayın 10-11-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Qazaxıstanda sülh müqaviləsinin təşviqinə dair görüşünü müsbət qiymətləndirir:

"Həmin görüş tərəflərə Cənubi Qafqazda sülh və sabitliyə doğru irəliləmək imkanı verdi. Bununla bağlı daha bir mühüm addım atıldı. Moskva artıq Bakı və İrəvan arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib. Bu, 2023-cü ilin mayında və 2023-cü ilin iyulunda olub”.

 

Gözəl Həşimova