“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Moskvada keçirilən son görüşdə tərəflərə güzəştə getməyi təklif etdik”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

Hazırkı mərhələdə tərəflərin bu təklifləri nəzərdən keçirdiklərini söyləyən D.Qonçar fikir ayrılıqlarının aradan qaldırılacağına ümid etdiyini bildirib.

O bildirib ki, Rusiya bütün istiqamətlər üzrə Qarabağ məsələsinin həllində fəal iştirak edir.

 

Gözəl Həşimova