Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində 90-dan çox polşalı muzdlu əsgərin, Donetsk Xalq Respublikasında (DHC) iki HIMARS çoxbarelli reaktiv yaylım atəşi sistemlərinin məhv edildiyini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Telegram hesabında verilən açıqlamada, Rusiya ordusunun DHC-nin İliçevsk kəndi yaxınlığında ABŞ istehsalı olan iki ədəd çoxbarrelli HIMARS reaktiv yaylım atəş sistemini məhv etdiyi, bundan əlavə Zaporojye vilayətinin Qriqorovski və Şevçenkovski qəsəbələrində ABŞ istehsalı olan 5 ədəd MLRS və Almaniya istehsalı olan MARS-II çoxbarrelli reaktiv yaylım atəşi sistemlərinin məhv edildiyi bildirilib.


Xarkov vilayətinin Borovskoye şəhəri yaxınlığında rus ordusunun hücumu nəticəsində 90-dan çox Polşa əsgəri, Krasnı Limanı cəbhəsində isə 60-dan çox Ukrayna əsgəri, 3 piyada döyüş maşını və iki avtomobil, 70-dən çox polşa əsgəri məhv edilib.

Kupyansk cəbhəsində son 24 saat ərzində ondan çox ukraynalı əsgər, iki piyada döyüş maşını və üç avtomobilin zərərsizləşdirildiyi bildirilir.