Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qarabağdakı vəziyyətin Moskva, İrəvan və Bakının üçtərəfli bəyanatlarının həyata keçirilməsi ilə həlli vacibdir", - məlumatda qeyd olunub.

"Xarici siyasət qurumlarının rəhbərləri Qarabağla bağlı işlərin hazırkı vəziyyətini və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər", - nazirlikdən bildiriblər. 

“Lavrov 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan tərəfindən yüksək səviyyəli üçtərəfli bəyanatlar toplusunun həyata keçirilməsi üzrə görülən işləri, o cümlədən Qarabağdakı kritik "humanitar vəziyyət"in tezliklə həllinin prioritet vəzifə olduğunu qeyd edib”, - bəyanatda deyilir.

Bundan əlavə, bölgədə qarşılıqlı addımların əlaqələndirilməsinin vacib olduğu vurğulanıb. 

Rusiya XİN qeyd edib ki, bu istiqamətdə BMT Təhlükəsizlik Şurasında müzakirə edilən Qarabağ problemi ilə bağlı debatların perspektivləri var.

Telefon danışığı zamanı diplomatlar ikitərəfli gündəliyin bəzi məsələləri, o cümlədən müxtəlif səviyyələrdə qarşıda duran qarşılıqlı fəaliyyətə də toxunub.