Rusiya və Çin "Fukusima" AES-dən okeana radioaktiv suyun axıdılması ilə bağlı Yaponiyaya şikayət məktubu göndəriblər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi məktubun təfərrüatlarını açıqlamayıb.

"Nüvə təhlükəsizliyi sahəsində müsbət beynəlxalq təcrübəyə əsaslanan elmi və texnoloji amilləri nəzərə alaraq, Çin və Rusiya Federasiyası birlikdə Yaponiyaya üç texniki problemin siyahısını göndərib", - məlumatda deyilir.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, bütün bu cür layihələri ətraflı şəkildə müzakirə etmək lazımdır.

Əlavə edək ki, "Fukusima-1" AES-də qəza 2011-ci ildə baş verib. Nəticədə birinci, ikinci və üçüncü reaktorlarda nüvə yanacağı əriyib. Ötən illər ərzində reaktorları soyutmaq üçün istifadə olunan su radionuklidlərdən təmizləndikdən sonra stansiyada quraşdırılmış çənlərdə saxlanılıb və onların demək olar ki, 90%-i dolu olub. Bununla əlaqədar Yaponiya hökuməti təmizlənmiş suyu okeana tökmək qərarına gəlib. Bu qərarın qəbulundan sonra Çin hakimiyyəti iyul ayından Yaponiyadan məhsulların idxalını məhdudlaşdırıb .

 

Gözəl Həşimova