Somali hökuməti Rusiyanın razılaşma ilə 684 milyon dollarlıq borcu sildiyini açıqlayıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Rusiyanın maliyyə nazirinin müavini Timur Maksimovla  Somalinin maliyyə naziri Bihi İman Cige arasında borcun silinməsinə dair saziş imzalanıb.

Somalinin maliyyə naziri bildirib ki, bu razılaşma Somali üçün tarixi bir gündür:

"Borcların bağışlanması müqaviləsi gələcəyə diqqəti yönəltməyə və xalqımız üçün daha yaxşı bir gələcək qurmağa imkan verəcək".

Gülşən Şərif

İqtisadiyyat.az