Rusiya şirkətləri Tacikistan vətəndaşlarının mütəşəkkil işə cəlb edilməsində maraqlıdır və respublikadan işçilərin işə götürülməsi üçün müraciətlər göndərməkdə davam edir, həmçinin onların hazırlanmasında əməkdaşlığa hazırdırlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Asia Plus" portalı Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluq nazirinin müavini Şahnoza Nodiriyə istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, Rusiya şirkətləri digər məsələlərlə yanaşı, Rusiyada işsiz qalan Tacikistan vətəndaşlarını işə götürməyə hazırdır.

Martın sonunda Moskvada MDB ölkələrinin iqtisadi forumunda videokonfrans vasitəsilə çıxış edən Nodiri bildirib ki, bu il Tacikistanda “mavi yaxa” peşələri üçün altı müasir tədris mərkəzinin açılması planlaşdırılır. Bundan sonra Rusiyanın “Qlavstroy Regions” şirkəti respublikanın Əmək Nazirliyi ilə əlaqə saxlayıb.

"Onlar vətəndaşlarımızın təlim mərkəzlərində təhsil alması ilə maraqlandılar. “Glavstroy Regions” şirkəti tikinti sənayesinə işçiləri Tacikistanda təlim keçməklə və mütəşəkkil işə götürmə mexanizmi vasitəsilə daha sonra işə cəlb etmək üçün bizimlə əməkdaşlıq etmək niyyətindədir", - portal onun sözlərini sitat gətirib.