Dollar/rubl pariteti 2022-ci ilin martından bəri ilk dəfə 98-i keçib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, həftənin üçüncü ticarət günündə rubl dollar qarşısında təxminən 0,88 faiz ucuzlaşıb, dollar/rubl pariteti isə 98-ə yüksəlib.

Beləliklə, dollar/rubl pariteti 2022-ci il martın 25-dən bəri ilk dəfə olaraq 95-dən yuxarı həddə qalxıb.

Ekspertlər rublun ucuzlaşmasında idxalın artması ilə yanaşı, yay mövsümündə Rusiya vətəndaşlarının tətil üçün xarici valyutaya tələbatının artmasının da təsirli olduğunu vurğulayıblar.

Rusiya Maliyyə Nazirliyi avqustun 3-də verdiyi açıqlamada 2022-ci ilin yanvarından bəri ilk dəfə olaraq daxili bazarda valyuta alışını bərpa edəcəyini açıqlayıb.