Rusiya Qəzza əhalisinə daha 20 ton humanitar yardım çatdıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi "Telegram" kanalında bildirib.

Məlumata görə, Nazirliyin "İL-76" təyyarəsi növbəti humanitar yük partiyası ilə Misirin Əl-Ariş şəhərinə uçub. Humanitar yardıma ərzaq, dərman, ədyal, paltar, ayaqqabı və şəxsi gigiyena vasitələri daxildir.

 

Gözəl Həşimova