Bu ilin yanvar-avqust aylarında Rusiyanın "Urals" neftinin bir barelinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 1,45 dəfə azalaraq 56,58 dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi "Telegram" kanalından məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin eyni dövründə "Urals" neftinin bir barelinin qiyməti 82,13 dollar olub.

 

Gülşən Şərif