Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 12%-dən 13%-ə yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, ölkə iqtisadiyyatında inflyasiya təzyiqi yüksək səviyyədədir. Bildirilib ki, daxili tələbat istehsal gücünü aşıb və bu vəziyyət idxalın artmasına səbəb olub. Bunun nəticəsində Rusiya rublu dəyər itirib.

 

Gözəl Həşimova