Rusiya 2024-cü ilin yanvar ayının birindən etibarən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etməyə başlayıb.

İqtisadiyyat.az xəbər verr ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid üzərində işi davam etdirməyi gözlədiyini bildirib.

O həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib.

Qeyd edək ki, təşkilata 2023-cü ildə Qırğızıstan sədrlik edib.