21 dekabr 2023-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası xarici işlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə İqtisadiyyat.az-a XİN-dən bildirilib. 

Qeyd edilib ki, məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər.

*** 15:44

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov arasında görüş baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin dekabrın 21-22-də keçirilən məsləhətləşmələrin yekunlarına dair məlumatında deyilir.

Məlumata görə, nümayəndələr Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) qarşılıqlı fəaliyyət məsələlərini, Avropa Şurasındakı vəziyyəti, iki ölkənin NATO və Avropa İttifaqı ilə münasibətlərini müzakirə ediblər.

Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb.

 

Gözəl Həşimova