Rusiya Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərinə zərbə endirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini istəyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“Biz bu gün, dekabrın 30-da Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 31 dekabr, 00:00) Təhlükəsizlik Şurasının Belqorod üzrə iclasının keçirilməsini istəmişik. Biz həmçinin Çexiyanın daimi nümayəndəsinin iştirakını tələb etdik, qoy o, ölkəsinin mülki insanların ölümünə səbəb olan sursatları tədarük etməsinə görə cavab versin”, - Polyanski qeyd edib.