Ötən il Rusiyadan balıq məhsullarının ixracı 200 min ton artaraq 2,5 milyon ton təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib

"İstehsalın hazırkı səviyyəsi bizə ixracı artırmaq üçün imkanlar açır. Ötən il xarici bazarlara balıq məhsullarının tədarük həcmi 200 min ton artaraq 2,5 milyon tona çatıb. Bundan əlavə, ticarətin coğrafiyası da sistemli şəkildə genişlənir. Beləliklə, 2023-cü ildə 80 ölkə Rusiyadan balıq məhsulu alıb", - deyə Patruşev vurğulayıb.

 

Gözəl Həşimova