Rumıniya Ukraynanın gələcək yenidən qurulmasında mühüm rol oynamağı hədəfləyir.

İqtisadiyyat.az xəbər verir ki, bunu baş nazir Marsel Çiolaku ABŞ-nin Ukraynanın iqtisadiyyatının bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritzkerlə görüşündə deyib.

"Biz ən təsirli dəstək üsullarını müəyyənləşdirmək və onları Rumıniyanın mühüm rol oynamaq istədiyi Ukraynanın yenidən qurulması üçün inteqrasiya olunmuş strategiyada ümumiləşdirmək mərhələsindəyik", - Çiolaku deyib. 

O qeyd edib ki, Rumıniyanın yanaşmasının mərkəzində Ukraynanın yenidən qurulmasında iştirak edəcək dövlətlərin hərəkətlərinin rəqabətli deyil, bir-birini tamamlayan olması fikri dayanır.

ABŞ-nin xüsusi nümayəndəsi qeyd edib ki, qonşu ölkənin qarşıdan gələn yenidən qurulması rumınlar və rumın özəl sektoru üçün həm Rumıniyada, həm də Ukraynada iş yerləri yaratmaq imkanıdır.