Ötən il qlobal ev təsərrüfatlarının gəlirləri 2008-ci ildə baş verən maliyyə böhranından sonra ilk dəfə azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçrənin "UBS" bankının hesabatında deyilir.

Məlumata görə, yalnız bir neçə ölkə rifah səviyyəsini artırıb. Hesabata əsasən, ötən il rifahın azalmasına ən çox maliyyə aktivləri təsir edib. Eyni zamanda, qeyri-maliyyə aktivləri faiz dərəcələrinin sürətli artımına baxmayaraq, güclü olaraq qalıb.

Maliyyə bazarında itkilərə görə lider - 5,9 trilyon dollar itirən ABŞ olub. Yaponiya (2,5 trilyon dollar), Çin (1,5 trilyon dollar), Kanada (1,2 trilyon dollar) və Avstraliya (1 trilyon dollar) da ciddi itkilərə məruz qalıb.

Ekspertlərin fikrincə, rifah səviyyəsinin ən çox artdığı ölkələr Rusiya (600 milyard dollar), Meksika (655 milyard dollar), Hindistan (675 milyard dollar) və Braziliya (1,1 trilyon dollar) olub. Araşdırmalara əsasən, Rusiyada ev təsərrüfatlarının gəlirləri 2000-2020-ci illər arasında sürətlə artıb və ildə orta hesabla 13% təşkil edib.

 

Gözəl Həşimova