"İran regionda geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"İran dəfələrlə bəyan edib ki, gərginlik və münaqişə regionun problemlərinin həlli yolu deyil. Bu məsələləri region ölkələri, o cümlədən İran həll edə bilər", - Rəisi bildirib.

 

Gözəl Həşimova