Məşhur araşdırma saytı "numbeo"-nun tətbiq etdiyi dünyanın 118 ölkəsinin yer aldığı siyahıda Gürcüstan təhlükəsizlik baxımından ən yaxşı nəticə göstərən 6-cı ölkə olub.
Region ölkələri arasında Gürcüstandan sonra ən təhlükəsiz ölkə Ermənistandır. Bu ölkənin 118 ölkə arasındakı mövqeyi 11-ci sıra olub.  

Region ölkələrinin 118 ölkə arasındakı mövqeyi belə olub:
6 - Gürcüstan 
11 - Ermənistan
16 - Belarus
27 - Azərbaycan
49 - Türkiyə 
53 - Rusiya
78 - Ukrayna
80 - İran 
109 - Qazaxıstan
Məlumat üçün onu da qeyd edək ki, "numbeo"nun tərtib etdiyi siyahıda ən təhlükəsiz ölkələr Qətər, Yaponiya və BƏƏ dolub. Ən təhlükəli ölkələrin ilk 3-lüyündə isə Venesuela, Papua-Yeni Qvineya və Honduras yer alıb.(yeniavaz.com)