BMT-nin baş katibi Antonio Quterreş İsrailin Yaxın Şərq münaqişəsinin iki dövlətli həllini şübhə altına alan bəyanatlarından son dərəcə məyus olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş özü məlumat verib.

"Uzunmüddətli perspektiv baxımından iki dövlətli həlli şübhə altına alan yüksək səviyyəli İsrail rəsmilərinin şərhləri məni son dərəcə məyus etdi", - Quterreş bildirib. 

O, əmin olduğunu vurğulayıb ki, belə mövqe İsrailin təhlükəsiz gələcəyini mümkünsüz edir.