Azərbaycanla həmsərhəd olan ölkələr arasında metro nəqliyyatında ən yüksək gediş haqqı şimal qonşumuz Rusiyadadır.
Yeniavaz.com-un açıqlanan məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, Rusiyanın paytaxtı Moskvada metro nəqliyyatında ən aşağ gediş haqqı 60 sentə (38 rubl) bərabərdir. Qeyd edək ki, Moskva metrosunda diferensial tarif tətbiq olunur. Gedişin sayından asılı olaraq tariflər dəyişir.  
Rusiyadan sonra ikinci sırada Ermənistan qərarlaşıb. Bu ölkədə metro nəqliyyatında gediş haqqı 20 sent (100 dram) təşkil edir.
Azərbaycan 6 qonşu ölkənin yer aldığı bu siyahıda 4-cü sırada yer alıb. Ölkəmizdə metro nəqliyyatında gediş haqqı 18 sentə (0,30 manat) bərabərdir.
Digər qonşu ölkələrə gəldikdə isə metro nəqliyyatında gediş haqqı Gürcüstanda 18 sent (50 lari), İranda 12 sent (5000 rial),  Türkiyədə isə 19 sent (1,12 lirə) təşkil edir. 

Ölkələr

Metroda
gediş haqqı

Rusiya (Moskva) 60 sent (38 rubl)
Ermənistan (İrəvan) 20 sent (100 dram)
Türkiyə (İstanbul) 19 sent (1,12 lirə)
AZƏRBAYCAN (Bakı) 18 sent (0,30 manat)
Gürcüstan (Tblisi) 18 sent (50 lari)
İran (Tehran) 12 sent (5000 rial)