Beynəlxalq Enerji Agentliyi (IEA) bu il qlobal neft tələbinin gündəlik 2,2 milyon barel artacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında deyilir.

Proqnozlara görə, bu il dünyada neft tələbi gündəlik 102,12 milyon barelə çata bilər, bu da əvvəlki proqnozla eynidir. Hesabat dövründə tələb artımının 70%-dən çoxu Çindən gələcək.

Məlumata əsasən, 2024-cü ildə neft tələbinin artım tempi gündəlik 1 milyon barelə qədər azalacaq. Ümumilikdə, IEA 2023-cü ildə qlobal neft tədarükünün gündəlik 1,5 milyon barel artaraq rekord həddə - 101,5 milyon barelə çatacağını gözləyir.

Əlavə edək ki, iyulda dünyada neft təklifi sutkada 910 min barel azalaraq 100,9 milyon barel olub.

 

Gözəl Həşimova