Qlobal elektrik enerjisi istehsalında külək və günəşin payı bu ilin birinci yarısında rekord səviyyəyə - 14,3%-ə çatıb. Bu göstərici ötən ilin birinci yarısında 12,8% təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Londonda yerləşən enerji beyin mərkəzi “Ember” 78 ölkənin elektrik məlumatlarını təhlil edib.

Bu dövrdə qlobal elektrik istehsalında küləyin payı 8,75%-ə, günəş enerjisinin payı isə 5,52%-ə yüksəlib. Günəş və küləkdən istehsal olunan elektrik enerjisi 142 milyon ton karbon emissiyasının qarşısını alıb.

Müvafiq olaraq, bu ilin birinci yarısında qlobal elektrik tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% artıb. Bu nisbət qlobal elektrik enerjisinə tələbat artımında 10 illik tarixi ortalamanın xeyli altındadır. Elektrik enerjisi istehsalında kömürün 36 % paya malik olduğu bu dövrdə su elektrik enerjisi istehsalı quraqlıq səbəbindən tarixi azalma yaşayıb.

 

Gözəl Həşimova