Qırğızıstan İsrail və Fələstindəki tərəfləri atəşkəsə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qırğızıstan Xarici İşlər Nazirliyi çoxlu ölüm və dağıntılara səbəb olan İsrail-Fələstin münaqişəsinin şiddətlənməsinin dərin narahatlıqla izləndiyi bildirilib.

Bəyanatda qeyd edilib: "Yaxın Şərqdə sülhün təmin edilməsi, mülki əhalinin qorunması və sabitliyin təmin edilməsi üçün tərəfləri atəşkəs elan etməyə və siyasi və diplomatik dialoqa ən qısa zamanda başlamağa çağırırıq".