Fələstin Qızıl Aypara Cəmiyyəti daha 47 yardım maşınının Rəfah Sərhəd Qapısından Qəzza zolağına daxil olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, Qəzzaya ərzaq, tibbi ləvazimatlar və çadırlar olan 47 yardım maşını çatıb.

Bildirilib ki, bugünədək Qəzzaya 421 yardım maşını gəlib. Ancaq bölgəyə yanacaq girişinə hələ də icazə verilmir.

 

Gözəl Həşimova