İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində yerli sakinlərə həyati əhəmiyyətli ləvazimatları çatdırmaq imkanı vermək üçün döyüş əməliyyatlarına dörd saatlıq fasilə verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) məlumat yayıb.

"IDF humanitar səbəblərdən mülki əhalinin qida və su ehtiyatlarını artırmasına imkan vermək üçün taktiki fasilələr həyata keçirir. Bu gün, dekabrın 24-də Deyr əl-Bələhin Əl-Barakah bölgəsində saat 10-dan etibarən əməliyyatlara fasilə verilir", - məlumatda qeyd edilib.