"Misir, İsrail və ABŞ kəşfiyyat rəhbərlərinin iştirakı ilə keçirilən danışıqlarda Qəzza zolağında HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı irəliləyişə nail olunub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani məlumat yayıb. 

Baş nazir Vaşinqtonda Atlantik Şurada çıxış edərkən deyib: "Düşünürəm ki, dünən yaxşı irəliləyişlər olub ki, bu, hər şeyin əvvəlki vəziyyətinə qayıtmasına imkan verəcək və ya heç olmasa gələcək fəaliyyətlər üçün zəmin yaradacaq".