Döyüş bölgəsindən Rusiyaya aparılan 6 uşaq Qətərin vasitəçiliyi ilə Ukraynaya qayıdıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Lulva əl-Xatər Britaniyanın "The Times" qəzetinə müsahibəsində bildirib.

"Bu kimi məqamlar, fikir ayrılıqlarından asılı olmayaraq, hər iki tərəf səbirlə və vicdanla hərəkət etməyə hazır olduqda, vasitəçiliyin müsbət nəticələr verə biləcəyini xatırladır", - diplomat qeyd edib. 

Bildirilib ki, uğurlu vasitəçilikdən sonra 8-15 yaşlı uşaqlardan ibarət qrup Belarus ərazisindən keçərək Ukraynaya qayıdıb.