Qazaxıstanın Türküstan bölgəsində Özbəkistanla sərhədə qədər yeni Darbaza-Məktəaral dəmir yolu xəttinin tikintisinə başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, işə rəsmi startı Qazaxıstanın Baş naziri Əlixan Smailov verib.

Layihə çərçivəsində Qazaxıstan-Özbəkistan dövlət sərhədindən yeni keçid məntəqəsi açılacaq. Bildirilib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə respublikanın nəqliyyat-tranzit potensialının daha da inkişaf etdirilməsi məqsədi daşıyan iri infrastruktur layihəsi həyata keçirilir.

Məlumata görə, ilin sonuna qədər Özbəkistanla yükdaşımaların həcmi təxminən 31 milyon ton həcmində proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 16% çoxdur.

 

Gözəl Həşimova