Qazaxıstan İsraildən qayıtmaq istəyən vətəndaşlarını sabah özəl təyyarə ilə Təl-Əvivdən Almatıya daşıyacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qazaxıstan çoxlu mülki vətəndaşın həyatını itirdiyi İsrail və Fələstində baş verən hadisələrdən narahatdır:

"Biz tərəfləri vəziyyəti sülh yolu ilə həll etmək üçün siyasi vasitələr axtarmağa və təkcə iki ölkə arasında deyil, bütün Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən uzaq durmağa çağırırıq".

 

Gözəl Həşimova